Kaş bu millət….

Özümüzə yad olmuşuq,untmuşuq özümüzü
Özgə dilə heyran olub,unutmuşuq dilimizi,sözümüzü
hər erkəyə kişi dedik,hər hər dişiyə qadın dedik
Özümüzə ləqəb qoyduq,özgələrin adın dedik
Gündüzün gün işığını dərk etmədik, çıraq gəzdik
Namərdin haram evinə ayaq basdıq
mərdin kasıb komasından qıraq gəzdik.
Düşmən qisas almaq üçün gecə-gündüz yaraq gəzdi
biz məst olub dərdimizi unutmağa,bir şüşəlik araq gəzdik
Arxalıya, arxa çıxıb yalataq olduq
arxasıza arxa durmaq əvəzinə
Geyinənə pis baxdılar,qeyrətimiz çılpaq oldu
Düşdük nəfsin qəfəsinə
Bütün ömrümüz uzunu biz vicdana kələk gəldik
Vicdanımız tülkü oldu.
Öz varımız,dövlətimiz,mənliyimiz
Özgəsinin mülükü oldu.
Dizimizi vətən üçün sürünməklə qanatmadıq
dizimizi yerə qoyub özümüzdən alçaqlara əl uzatdıq
Əlimizə, bir qarını doydurmağa çörək pulu uzatdılar
Namus,qeyrət,mənəviyyat uzanmadı
təzə doğulmuş körpəyə bələk pulu uzatdılar
Bu körpəni haqqa doğru yönəltməyə bir məxluqat uzanmadı
Mərd sözünə şübhə etdik,mərdi də şübhələndirdik
Namərdə mərd tacı qoyub,daima qürrələndirdik
Dünənimiz unudulub,bu günümüz əldən gedir,sabahımız görünməyir
Bu millətin aqibəti nə olacaq bilinməyir.
Həyasızlar başa keçdi,tapdaq oldu bu millətin həyalısı
qəddar şahın təlxəyinə çevrilibdi,bu millətin ziyalısı
Dərzi şalvar tikmir daha
Bənna olub,kərpic hörüb ev ucaldır
Bənnanın kərpic hörməyə heyi yoxdu
Dərzi olub,şalvar tikib bel qısaldlr
Ona görə evlərimiz bünövrədən,şalvar kimi haçalıdı
Ona görə şalvarımız,kərpic kimi bir qəlibin emalıdı
Bu cəmiyyət ağıllılar üçün deyil,bu cəmiyyət dəlilər üçün məkandır
Bu millətin əməlləri axirətin cəhnnəminə təkandır
Bu millətin qara rəngi,ağa dönüb
Bu millətin ağ rəngi var qarasında
Ona görə çaşıb qalıb ağla, qara arasında
Dost,dostdan ehtiyat edir,
qorxu yoxdur daha yaddan
Çoban qoyun oğurlayır
Canavarın adı beddam
Yaman dəyişib zaman,kimsəyə yoxdur etibar
İndi Göy-göz Kosayla,Həkim Baba dostluğu var
İslam kimi bir dinimiz,Zəhra kimi qadınımız
Bu millətin gözlərində yalan olub,kələk olub
hər axşamı bir kişının qucağında
hər səhəri bir kişinin yatağında açan kəslər
,millətin təfəkküründə mələk olub
Bu millətin içindəki mənəvi gül
hələ pöhrə verməmişdən solub Allah
Ağsaqqal kənarda qalıb
Ağ saqqallı qara üzlər
Bu millətə Dədə qorqud olub Allah.
Amma bu dədə qorqudlar,
Mərdin namusunu satıb,namərdlərin ciblərində pul eləyir
Amma bu dədə qorqudlar
mərd çobanı Yalıncığa qul eləyir
Düşmən pərən-pərən saldı
Nə istədi bizdən aldı
Nifrət bizə gəlməyəcək
Torpaq düşmən tapdağında
Soydaş düşməm əsiridi
Qeyret bizə gəlməyəcək
Axı neçə qız-gəlini
axı neçə körpələri
Gözümüzün qarşısında yağılar edam elədi
Axı öz ata evində pak, məsum bir qız olan kəs
İndi düşmən övladını doğmaq üçün
Əsirlikdə hamılədi
Deyirlər ki,bu millətin düşmənə aman verməyən
cəngavər nərləri olub
Deyirlər ki,bu millətin qolu güclü,qəhrəman ərləri olub
İndi yenə Azərbaycan kişisinin qolarına güc yığılır
Axı qul bazarlarında daş qaldırır
İndi bizim beynimizə elm adlı nemət deyil
Fikiir adlı yük yığılır.
Ona görə elmsizlik baş qaldırır.
Ölməyim yaşamağımdan daha çətin
Yaşamağım,ölməyimə sanki təkan
Ölüb məhşərə hansı üzlə gedəsən
Qalıb burda hansı üzlə yaşayasan
Kaş bu millətin içində millətsizlər olmayaydı
Kaş şəxsiyyəti olmayan,şəxsiyyət vəsiqəsini almayaydı
Kaş bu millət içindəki şeytanını öldürəydi
Kaş kişılik,yıxılana əl tutmaqla ölçüləydi
Kaş kişilər döyüldükcə,əzildikcə mərd olaydı
Kaş Qarabağsız yaşamaq bu millətin ürəyində dərd olaydı
Kaş nəfsimiz bizə nökər,biz nəfsə padşah olaydıq
Kaş şeytanı məğlub edən yenilməz silah olaydıq.

  1. Leave a comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: