Kaş bu millət….

Özümüzə yad olmuşuq,untmuşuq özümüzü
Özgə dilə heyran olub,unutmuşuq dilimizi,sözümüzü
hər erkəyə kişi dedik,hər hər dişiyə qadın dedik
Özümüzə ləqəb qoyduq,özgələrin adın dedik
Gündüzün gün işığını dərk etmədik, çıraq gəzdik
Namərdin haram evinə ayaq basdıq
mərdin kasıb komasından qıraq gəzdik.
Düşmən qisas almaq üçün gecə-gündüz yaraq gəzdi
biz məst olub dərdimizi unutmağa,bir şüşəlik araq gəzdik
Arxalıya, arxa çıxıb yalataq olduq
arxasıza arxa durmaq əvəzinə
Geyinənə pis baxdılar,qeyrətimiz çılpaq oldu
Düşdük nəfsin qəfəsinə
Bütün ömrümüz uzunu biz vicdana kələk gəldik
Vicdanımız tülkü oldu.
Öz varımız,dövlətimiz,mənliyimiz
Özgəsinin mülükü oldu.
Dizimizi vətən üçün sürünməklə qanatmadıq
dizimizi yerə qoyub özümüzdən alçaqlara əl uzatdıq
Əlimizə, bir qarını doydurmağa çörək pulu uzatdılar
Namus,qeyrət,mənəviyyat uzanmadı
təzə doğulmuş körpəyə bələk pulu uzatdılar
Bu körpəni haqqa doğru yönəltməyə bir məxluqat uzanmadı
Mərd sözünə şübhə etdik,mərdi də şübhələndirdik
Namərdə mərd tacı qoyub,daima qürrələndirdik
Dünənimiz unudulub,bu günümüz əldən gedir,sabahımız görünməyir
Bu millətin aqibəti nə olacaq bilinməyir.
Həyasızlar başa keçdi,tapdaq oldu bu millətin həyalısı
qəddar şahın təlxəyinə çevrilibdi,bu millətin ziyalısı
Dərzi şalvar tikmir daha
Bənna olub,kərpic hörüb ev ucaldır
Bənnanın kərpic hörməyə heyi yoxdu
Dərzi olub,şalvar tikib bel qısaldlr
Ona görə evlərimiz bünövrədən,şalvar kimi haçalıdı
Ona görə şalvarımız,kərpic kimi bir qəlibin emalıdı
Bu cəmiyyət ağıllılar üçün deyil,bu cəmiyyət dəlilər üçün məkandır
Bu millətin əməlləri axirətin cəhnnəminə təkandır
Bu millətin qara rəngi,ağa dönüb
Bu millətin ağ rəngi var qarasında
Ona görə çaşıb qalıb ağla, qara arasında
Dost,dostdan ehtiyat edir,
qorxu yoxdur daha yaddan
Çoban qoyun oğurlayır
Canavarın adı beddam
Yaman dəyişib zaman,kimsəyə yoxdur etibar
İndi Göy-göz Kosayla,Həkim Baba dostluğu var
İslam kimi bir dinimiz,Zəhra kimi qadınımız
Bu millətin gözlərində yalan olub,kələk olub
hər axşamı bir kişının qucağında
hər səhəri bir kişinin yatağında açan kəslər
,millətin təfəkküründə mələk olub
Bu millətin içindəki mənəvi gül
hələ pöhrə verməmişdən solub Allah
Ağsaqqal kənarda qalıb
Ağ saqqallı qara üzlər
Bu millətə Dədə qorqud olub Allah.
Amma bu dədə qorqudlar,
Mərdin namusunu satıb,namərdlərin ciblərində pul eləyir
Amma bu dədə qorqudlar
mərd çobanı Yalıncığa qul eləyir
Düşmən pərən-pərən saldı
Nə istədi bizdən aldı
Nifrət bizə gəlməyəcək
Torpaq düşmən tapdağında
Soydaş düşməm əsiridi
Qeyret bizə gəlməyəcək
Axı neçə qız-gəlini
axı neçə körpələri
Gözümüzün qarşısında yağılar edam elədi
Axı öz ata evində pak, məsum bir qız olan kəs
İndi düşmən övladını doğmaq üçün
Əsirlikdə hamılədi
Deyirlər ki,bu millətin düşmənə aman verməyən
cəngavər nərləri olub
Deyirlər ki,bu millətin qolu güclü,qəhrəman ərləri olub
İndi yenə Azərbaycan kişisinin qolarına güc yığılır
Axı qul bazarlarında daş qaldırır
İndi bizim beynimizə elm adlı nemət deyil
Fikiir adlı yük yığılır.
Ona görə elmsizlik baş qaldırır.
Ölməyim yaşamağımdan daha çətin
Yaşamağım,ölməyimə sanki təkan
Ölüb məhşərə hansı üzlə gedəsən
Qalıb burda hansı üzlə yaşayasan
Kaş bu millətin içində millətsizlər olmayaydı
Kaş şəxsiyyəti olmayan,şəxsiyyət vəsiqəsini almayaydı
Kaş bu millət içindəki şeytanını öldürəydi
Kaş kişılik,yıxılana əl tutmaqla ölçüləydi
Kaş kişilər döyüldükcə,əzildikcə mərd olaydı
Kaş Qarabağsız yaşamaq bu millətin ürəyində dərd olaydı
Kaş nəfsimiz bizə nökər,biz nəfsə padşah olaydıq
Kaş şeytanı məğlub edən yenilməz silah olaydıq.

Advertisements

Leave a comment

Mənim Gözüm

Mən öz təsəllimə görə
Gözlərimi aldatmışam
Rahatlıq,hüzur xətrinə
Zaman-zaman ağlatmışam

Nə demişəm,nə etmişəm
Səssizcə məni dinləyib
Hara gəlibdi baxmışam
Gözə yazığım gəlməyib

Mən gözümün işıq yükün
Həvəsimlə boşaltmışam
Bəlkə də mən gözlərimi
Ağlamaqçün yaşatmışam

Bu gözlərlə həqiqətə
Doğruya da baxmışam mən
Yalançı,yaltaq,riyakar
Oğruya da baxmışam mən

Bu kövrək,sakit gözümnən
Nə qədər yaşlar almışam
Bəs indi necə qaytarım?
Gözümə borclu qalmışam

Gözlərim inciyib mənnən
Gözü mənnən razı salın
Əgər,qəfildən ölərsəm
Gözümnən halallıq alın.

Leave a comment

QURTULUŞ GÜNÜ

QURTULUŞ GÜNÜ
De nədən qurtuldun ey mənim xalqım?
Ağdamın,Laçının geri döndümü?
Şəhidlərin ruhu rahatlıq tapıb
Yanan ürəklərin odu söndümü?

De nədən qurtuldun ey mənim xalqım?
Haqqa,nahaq demək qurtulmaqdımı?
Bir qarın çörəyə,bir tikə ətə
Yaltaqlıq eləmək qurtulmaqdımı?

De nədən qurtuldun ey mənim xalqım?
Alçalıb yaşamaq qurtulmaq deyil
Gedənə xəyanət damğası vurub
Gələnə əl çalmaq qurtulmaq deyil

De nədən qurtuldun ey mənim xalqım
Haramı,haladan ayırdınmı heç?
Əlini uzadıb qibləyə tərəf
Haqqı ürəyinə çağrdınmı heç?

De nədən qurtuldun ey mənim xalqım?
Qaralmış bəxtini ağarda bildin?
Çirkab bir mühitdə yalana batmış
Xəstə təfəkkürü sağalda bildin?

De nədən qurtuldun ey mənim xalqım
Yatdığın yuxudan oyandınmı sən?
İtən torpağıyın hesabı üçün
Düşmən qapısında dayandınmı sən?

De nədən qurtuldun ey mənim xalqım
Bu qurtuluş,qurtulmağa yamaqdı
Sənin qurtulduğun,qurtuluş deyil
Sənin qeyd etdiyin qurtulmamaqdı

De nədən qurtuldun ey mənim xalqım?
Sən nəfsinə qalib gələ bildinmi?
Əsl insan kimi ömür yaşayıb
Əsl insan kimi ölə bildinmi?

De nədən qurtuldun ey mənim xalqım?
Niyə qurtuldum deyirsən nahaqdan?
Əgər Allah günaha yazmasaydı
Ölüb,qurtulardım bu kainatdan.

Leave a comment

İndi bu gözlər də mənimki deyil
Gözüm, gözləriyin bələdçisidi
Mənim sinəmdəki döyünən ürək
Sənin hissləriyin dilənçisidi

Gah dilim tutulub,gah ayaqlarım
Əlindən tutmağa yubanmışam mən
Amma, xəyalımda tutub əlindən
Bütün kainatı dolanmışam mən

Bu qəddar baxışın,bu ögəyliyin
Məni hissə-hissə dəli eləyib
Sənin bu ətalət tutmuş hisslərin
Fikrimi,qəlbimə zəli eləyib.

Oğurlayan odur,aparan odur
Hissi,duyğuları qarət olan mən
Mənnən oğurlanan gərəyim deyil
Mənnən oğurlayan tapılsın həmən.

Leave a comment

Əli Kərimlinin ” Milçəklər”i

Son zamanlar Əli Kərimlinin əxlaqla bağlı fikirləri,əxlaq problemi olanlarda qıcıq yaradıb.Bizim İran rejiminə münasibətimiz bəllidi.İrandakı rejimin Azərbaycanın maraqlarına zərbə vurmasının da fərqindəyik.
Əli Kərimli isə münasibətlərə siyasi əxlaq çərçivəsində,şərəf və ləyaqətə toxunulmadan yanaşmanın doğru olduğunu bildirib.Əli Kərimlinin bu yanaşması tənqid yox təqdir olunası haldı.
Arqumenti olmayanların “arqument”lərinə diqqət yetirin.”Əli Kərimlinin yanında molla görən olub”.
Əli Kərimlinin yanında inanclı bir insanın,ibadət əhli olan şəxsin olması qəbahətdirmi? yoxsa bu ölkənin qanunları dindarlar və dinsizlər kateqoriyasına ayrılıb?Ya da bu ölkədə problemlər yalnız dinsizlərin həyatına müdaxilə edir?
Əli Kərimlini tənqid etməyə gələndə “Herakl”a dönənlər,Əli Kərimliyə qarşı hakimiyyət repressiv tədbirlər həyata keçirəndə niyə İlham Əliyevi adıyla tənqid edə bilmirlər?
Əli Kərimliyə molla deyənlər,öz doğmaları dünyasını dəyişəndə,yasa Faiq Ağayevi,Rəhim Rəhimlini gətirirləır?Yoxsa Elton Conun mərsiyəkəri ilə məclis verirlər?
Bu gün ibadət əhli olan Məhəmməd Məcidli,Babək Həsənov,Tural Abbaslı,Əhəd Məmmədlinin də vətəndaş mövqeyi,cəsarəti,mübarizəsi göz önündədi, sizin kimi fürsətcillərin də.Siz hansı kateqoriya üzrə onlarla müqyisə oluna bilərsiniz?
Ümumiyyətlə bu ölkədə bəzi qorxaqlar Əli Kərimlini tənqid etməklə,cəsarətli görünmək istəyirlər.Ya da rejimin sevgi və ianəsini qazanmaq üçün Əli Kərimlinin adının qarşısına istənilən adı yazmağa hazırdılar.
Bu ölkədə Əli Kərimlidən yazıb,vəzifə,maşın,villa iddiasında olanlar çoxdu.Siz də bu yolu seçmisizizsə başqa məsələ.
Əli Kərimlidən yazıb,qonarar alıb,ailə saxlayıb,şalvar geyinənlərə bir sual vermək istəyirəm.pul qazanıb ,nə itirdiyinizin fərqindəsinizmi?
Əli Kərimliyə qarşı olan təzyiqlərin,basqıların yüzdə biri bu adamlara qarşı olsaydı, bunlar rejimin qəzəbindən, çoxdan plastik əməliyyat keçirib,cinslərini dəyişmışdilər.
Amma günah Əli Kərimlidədi.Niyə daşı bu qədər ağırdı ki,düşdüyü başı zədələyir? bəlkə bəzi “baş”ların yaşaması üçün 
Əli Kərimlinin daşına ehtiyac var?
Amma istənilən halda Əli Kərimlinin adının qarşısına Molla yazanlara əhsən.Molla-Elmlə,biliklə dolu,dahi,müdrük,uzaqgörən adama deyərlər.
Bəs sizin adınızın qarşısından hansı söz yazılmalıdı?
MİLÇƏK
Sadəcə ürək bulandırır.

Leave a comment

Dünya Ölüb

Bu, nə yuxu idi gördüm ilahi
Kim bizim dünyanı bu hala salıb?
Gördüm ki,gözlərim ürəyimdədi
Ürəyim ,gözümnən asılı qalıb.

Gördüm ki,haqsızlıq,yalan əlinnən
Dünyanın hər iki gözü qıyılmış
Əzrayıl dünyanın canın almayıb
İnsanlar dünyanın əzrayıılıymış

Gördüm ki,yorulmuş,xəstə dünyaya
Qarışqa bətnindən qan verir Allah
Qarşımda itirib əzəmətini
Dünya,qollarımda can verir Allah.

Ayılıb gördüm ki,xeyli vaxt keçib
Dünyanın,həyatda olduğu vaxtdan
Bizim gördüyümüz, dünyanın ruhu
Dünya,dünyasını dəyışib çoxdan

Leave a comment

İndi bu gözlər də mənimki deyil
Gözüm, gözləriyin bələdçisidi
Mənim sinəmdəki döyünən ürək
Sənin hissləriyin dilənçisidi

Gah dilim tutulub,gah ayaqlarım
Əlindən tutmağa yubanmışam mən
Amma, xəyalımda tutub əlindən
Bütün kainatı dolanmışam mən

Bu qəddar baxışın,bu ögəyliyin
Məni hissə-hissə dəli eləyib
Sənin bu ətalət tutmuş hisslərin
Fikrimi,qəlbimə zəli eləyib.

Oğurlayan odur,aparan odur
Hissi,duyğuları qarət olan mən
Mənnən oğurlanan gərəyim deyil
Mənnən oğurlayan tapılsın həmən

Leave a comment